Rusiya Ermənistana başqa ölkələrə satmadığı silahları verir

Rusiya Ermənistana başqa ölkələrə satmadığı silahları verir
  05 Noyabr 2019    Oxunub:2045
Rusiya Ermənistana əvvəllər heç bir ölkəyə tədarük etmədiyi silah-sursatı satır.

Azvision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Beləliklə, silah tədarükü məsələsində Rusiyadan incimək günahdır. Rusiya təkcə Azərbaycana deyil, müttəfiqlərinə və tərəfdaşlarına da silah satır. Ermənistan müttəfiqlər sırasındadır və ona daha çox silah satır, həm də heç vaxt başqa ölkələrə satmayacağı silahları...”, - deyə Kalaşnikov İrəvanda jurnalistlərə bildirib.

Ermənistan tərəfinin bundan narahatlığına toxunan Kalaşnikov vurğulayıb ki, bu məsələ Azərbaycanı da narahat edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Silah   Ermənistan  





Xəbər lenti