“İran Azərbaycanla münasibətləri möhkəmləndirməyə çalışır” - Laricani

  05 Noyabr 2019    Oxunub : 685
“İran Azərbaycanla münasibətləri möhkəmləndirməyə çalışır” - Laricani
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran parlamentinin sədri Əli Laricani ilə görüşüb.
Azvision.az “Tasnim news”a istinadən xəbər verir ki, görüşdə Laricani Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayıb, iki qonşu ölkə arasında parlament sahələrində əlaqələrdə hər hansı bir məhdudiyyətin olmadığını bildirib.

Parlament sədri İran-Azərbaycan münasibətlərinin dərin köklərə əsaslandığını, iki ölkənin xalqlarının və rəsmilərinin hər sahədə qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə həmişə hazır olduğunu bildirib.

"İran Azərbaycanla parlament əməkdaşlığının genişləndirilməsində heç bir məhdudiyyət görmür və münasibətlər bütün sahələrdə asanlaşdırılmalıdır", - spiker əlavə edib.

Laricani, İran və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün əsaslar qoyulduğunu söyləyib.

Azərbaycan səfiri, ikitərəfli əlaqələri geniş və tarixi adlandıraraq, rəsmi Bakının hər zaman iki ölkə arasındakı əməkdaşlıq və mübadilənin inkişafını dəstəklədiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Laricani