Əl-Bağdadinin bacısı ailəsi ilə birlikdə tutulub

 Əl-Bağdadinin bacısı ailəsi ilə birlikdə tutulub
  05 Noyabr 2019    Oxunub:2009
Türkiyə hərbçiləri Suriyada məhv edilmiş İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını tutublar.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyədəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, əməliyyat dünən axşam saatlarında Türkiyənin nəzarətində olan Hələb əyalətindəki Azaz şəhərində keçirilib.

Əl-Bağdadinin bacısı, 65 yaşlı Rəsmiyə Avad ailəsi - həyat yoldaşı, gəlini, beş övladı ilə birgə saxlanılıb. Artıq onun əri və gəlini dindirilib. Qadın terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.

“Biz əl-Bağdadinin bacısından İŞİD-in daxili işləri haqqında dəyərli məlumatlar alacağımıza ümid edirik", - adı açıqlanmayan Türkiyə rəsmisi deyib.

Xatırladaq ki, oktyabrın 27-də Prezident Donald Tramp ABŞ ordusunun İdlibdəki xüsusi əməliyyatı nəticəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edildiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İŞİD   Bağdadi   Terror  





Xəbər lenti