Azərbaycan gimnastları tarixi uğura imza atıblar

   Azərbaycan gimnastları tarixi uğura imza atıblar
  04 Noyabr 2019    Oxunub:1664
Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar.
Azvision.az xəbər verir ki, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar.

Cütlük daha öncə çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfədir gənc akrobatika gimnastları Avropa çempionatında qızıl medal qazanıblar.

Azvision.az



Teqlər: Gimnast   Avropa-Çempionatı  





Xəbər lenti