Məşhur fransız aktrisa vəfat edib
Qeyd edək ki, əsl adı Maytena Mari Bricitt Dumenakl olan, lakin Mari Lafore adı ilə məşhurlaşan sənətçi 1939-cu ildə Fransada anadan olub. O, ilk dəfə 19 yaşında Fransa televiziya kanallarından birində səhnəyə çıxıb.
1963-cü ildə oxuduğu “Les vendanges de l amour” mahnısı ona populyarlıq qazandırıb. O, aktrisa kimi onlarla film və serialda rol alıb. Alen Delon və Jan-Pol Belmondo ilə əməkdaşlıq edib.
Mari Lafore 1978-ci ildə İsveçrəyə köçüb və orada yaşayıb.
Azvision.az
Teqlər: Aktrisa Müğənni Fransa