Cüdoçumuz Avropa çempionatının qalibi oldu

 Cüdoçumuz Avropa çempionatının qalibi oldu
  02 Noyabr 2019    Oxunub:2469
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.
Azvision.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb. Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala layiq görülüb. Avropa birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti