"Qalatasaray" qələbə qazandı

  02 Noyabr 2019    Oxunub : 630
"Qalatasaray" qələbə qazandı
Ötən gün Türkiyə Superliqasının 10-cu turuna start verilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan "Qalatasaray" öz meydanında "Rizəspor"u qəbul edib. Maraqlı anlarla yadda qalan görüş "sarı qırmızılılar"ın 2:0 hesablı qələbəsilə başa çatıb.

Bununla da Fatih Terimin komandası xal ehtiyatını artıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Azvision.az

Teqlər: Futbol   Qalatasaray