Güləşçilər arasında dünya çempionatı davam edir

Güləşçilər arasında dünya çempionatı davam edir
  02 Noyabr 2019    Oxunub:1612
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, beşinci yarış günündə - noyabrın 1-də yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Güləşçimiz Zaur Əliyev (55 kiloqram) startda böyüklər arasında son dünya çempionu gürcü Nuqzari Tsurtsumia ilə üz-üzə gəlib. Gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi Amanqali Bekbolatovla qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək adını yarımfinala yazdırıb. Ancaq təmcilçimiz Rusiya güləşçisi Emin Seferşayevə uduzduğu üçün noyabrın 2-də bürünc medal uğrunda görüşə çıxacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kiloqram) qızıl, Abubakr Abakarov (79 kiloqram), Hacımurad Məhəmmədsəidov (86 kiloqram) gümüş, Əfqan Xaşalovla (57 kiloqram) və Davud İbrahimov (70 kiloqram) isə bürünc medal qazanıblar. Yığmamız 111 xalla komanda hesabında dünya üçüncüsü olub.

Azvision.az



Teqlər: Güləş   Dünya-Çempionatı  





Xəbər lenti