Azərbaycan cüdoçusu Avropa ikincisi oldu - Yenilənib
66 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov Belarus, Macarıstan, İsveçrə və İtaliyadan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada meydan sahibi, rusiyalı Murad Çopanova uduzan Nurlan qitə birinciliyinin gümüş medalını qazanıb.
Qeyd edək ki, 33 ölkədən 235 idmançının (135 kişi, 100 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.
Azvision.az
Teqlər: Cüdo