Azərbaycan-Uels oyununun biletləri satışa çıxarılıb

Azərbaycan-Uels oyununun biletləri satışa çıxarılıb
  01 Noyabr 2019    Oxunub:2526
Futbol üzrə Azərbaycan milli komandasının “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Azvision.az xəbər verir ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək oyuna biletlərin qiyməti 2-5 manat təşkil edir. VIP biletlər isə 20 manatdır.

Biletləri Heydər Əliyev Sarayının kassalarından, “ASAN xidmət”in 1, 2, 3, 4 saylı mərkəzlərindən, “28 Mall” və “Gənclik Mall”dan əldə etmək olar.

Azvision.az



Teqlər: Uels   Futbol   Avro-2020  





Xəbər lenti