“Neftçi”nin hücumçusu həftənin ən yaxşısı seçildi

“Neftçi”nin hücumçusu həftənin ən yaxşısı seçildi
  31 Oktyabr 2019    Oxunub:1859
Azərbaycan Premyer Liqasında IX turun ən yaxşı futbolçusu müəyyənləşib.
Azvision.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının IX turunun ən yaxşı futbolçusu “Neftçi”nin hücumçusu Baqali Dabo seçilib. Fransalı hücumçu “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına onbir metrlik cərimə zərbəsi qazandırmaqla yadda qalıb.

Qeyd edək ki, Baqali Dabo IX turun rəmzi komandasında da yer alıb.

Azvision.az



Teqlər: PFL   Neftçi  





Xəbər lenti