“XİN rəhbərlərinin görüşü danışıqlara yeni dinamika verəcək” - ATƏT-in baş katibi

“XİN rəhbərlərinin görüşü danışıqlara yeni dinamika verəcək” -  ATƏT-in baş katibi
  31 Oktyabr 2019    Oxunub:1924
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin dinamikası bir az yavaşıyıb. Amma ümid edirik ki, Bratislavada Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində planlaşdırılan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü bu prosesə yeni dinamika verəcəkdir”.
Azvision.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Tomas Qremminger Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Baş katib tərəflərin təhlükəsizlik sahəsində vəziyyətin sabitliyini qoruyub saxladığını qeyd edib: "Bu, çox vacibdir, çünki təmas xəttinin hər iki tərəfindəki insanların həyatı qorunmalıdır. Bu, həm hərbi, həm də mülki şəxslərə aiddir .

Təbii ki, İrəvan ilə Bakı arasında birbaşa təmas xəttinin yaradılması kimi bəzi etimad tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bütün bunlar müsbət nəticələr verməlidir.

Bir sıra məqamlara görə, girov mübadiləsi və jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı danışıqlar irəliləmir.
Ümid edirəm ki, tezliklə bu etimad tədbirlərinin icrasına davam edə biləcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti