Lavrov Tonoyanın Qarabağ bəyanatını tənqid etdi

 Lavrov Tonoyanın Qarabağ bəyanatını tənqid etdi
  31 Oktyabr 2019    Oxunub:1550
“Əlbəttə ki, belə bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə kömək etmir”.

Azvision.az "Moscow-Baku" portalına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın müdafiə naziri David Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirərkən deyib.
Lavrovun sözlərinə görə, belə bəyanatlar nizamlanmaya kömək etmir: “Mövqeləri yaxınlaşdırmaq, güzəştə getmək üçün həmsədrlərin davamlı səyləri lazımdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Lavrov   Rusiya   XİN  





Xəbər lenti