"Qalatasaray"ın tarixi qələbəsi - VİDEO

"Qalatasaray"ın tarixi qələbəsi - VİDEO
  13 Mart 2013    Oxunub:1974
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
"Şalke" öz meydanında "Qalatasaray"ı qəbul edib. Komandalar arasında keçirilən ilk görüş 1:1 yekunlaşdığından İstanbul təmsilçisi növbəti mərhələyə adlamaq üçün ya qələbə qazanmalı, ya da bir topdan artıq olan istənilən heç-heçəni etməli idi. Bu görüşdə Terimin komandası oyunun son saniyələrində Umut Bulutun qolu sayəsində 3:2 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

Digər maraqlı oyun İspaniyada keçirilib. "Barselona" öz meydanında "Milan"ı qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə məğlub olan "Barselona" doğma meydanda bu məğlubiyyətin əvəzini çıxıb - 4:0.

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 2:3

Qollar: Noyştedter, 17 (1:0), H.Altıntop, 37 (1:1), Burak Yılmaz, 42 (1:2), Bastos, 63 (2:2), Umut Bulut, 90+5 (2:3)

“Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 4:0

Qollar: Messi, 5 (1:0), 40 (2:0), Vilya, 55 (3:0), Alba, 90+2 (4:0)





Teqlər:





Xəbər lenti