Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir

 Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir
  29 Oktyabr 2019    Oxunub:1730
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının döyüş potensialı yeni və modernləşdirilmiş silah və hərbi texnikalarla təkmilləşdirildikdən sonra demək olar ki, iki dəfə artacaq.

Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə hərbi bazanın komandiri, polkovnik Nikolay Martınyuk Rusiyanın Müdafiə naziri Sergey Şoyquya məlumat verib.
Öz növbəsində, Cənub Hərbi Dairəsinin qərargah rəisi, general-leytenant Sergey Kuzovlev Müdafiə nazirinə bazanın avadanlıq, texnika və silahla tam təmin olunduğunu bildirib.

Xatırladaq ki, Şoyqu bu gün Ermənistana rəsmi səfər edib. O, Gümrüdəki Rusiya hərbi bazasına baş çəkib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Gümrü  





Xəbər lenti