Qvineya-Bisau prezidenti hökumət buraxıb

Qvineya-Bisau prezidenti hökumət buraxıb
  29 Oktyabr 2019    Oxunub:1592
Qvineya-Bisau prezidenti Joze Mario Vaz ölkədə davam edən siyasi böhran şəraitində hökuməti buraxdığını bəyan edib.
Azvision.az “France-Presse”ə istinadən xəbər verir ki, prezident bununla bağlı fərman imzalayıb.

Jose Mario Vaz vətəndaşlara yazılı müraciətində respublika institutlarının normal fəaliyyətinə mane olan ciddi siyasi böhran barədə danışıb və hökuməti buraxmaq qərarına gəldiyini vurğulayıb.

Prezidentin fərmanı elan olunduqdan dərhal sonra qüvvəyə minib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qvineya-Bisau   Hökumət  





Xəbər lenti