“Razılaşdıq ki, əvvəlcə mən, sonra Putin...” - Paşinyan

 “Razılaşdıq ki, əvvəlcə mən, sonra Putin...” -  Paşinyan
  29 Oktyabr 2019    Oxunub:2104
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin birinci yarısında Rusiyaya ilk rəsmi səfərini edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan özü "Kommersant" qəzetinə müsahibəsində deyib. Paşinyan Rusiya Prezidenti Valdimir Putinlə dəvət mübadiləsi etdiklərini söyləyib:
"Razılaşdıq ki, əvvəlcə mən rəsmi səfər edim, daha sonra isə Putin. Gələn ilin ikinci yarısında Putinin Ermənistana səfəri gözlənilir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Rusiya   Putin  





Xəbər lenti