Karateçilərimiz dünya çempionatında 4 medal qazanıb

Karateçilərimiz dünya çempionatında 4 medal qazanıb
  29 Oktyabr 2019    Oxunub:1772
Yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandamız Çilinin paytaxtı Santyaqoda keçirilən dünya çempionatını dörd medalla başa vurub.
Azvision.az xəbər verir ki, 16-18 yaşlı gənclərdən ibarət komandamızın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) bürünc medala sahib olublar.

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) isə medalçılar arasına düşə bilməyiblər.

Azvision.az



Teqlər: Karate   Dünya-Çempionatı  





Xəbər lenti