Bolqarıstanın XİN rəhbəri İrəvanda: “Azərbaycanla əməkdaşlıq vacibdir”

Bolqarıstanın XİN rəhbəri İrəvanda:  “Azərbaycanla əməkdaşlıq vacibdir”
  28 Oktyabr 2019    Oxunub:2469
"Azərbaycanla enerji sahəsində əməkdaşlıq Bolqarıstan üçün vacibdir".

Azvision.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxarieva mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycandan qazın alınması Bolqarıstan üçün böyük nailiyyət olacaq.
Bakı ilə Sofiya arasındakı razılığa əsasən, 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Bolqarıstana ildə 1 milyard kubmetr qaz tədarük etməlidir.

Bolqarıstanın XİN rəhbəri regional münaqişələrə də toxunub. O deyib ki, Avropa İttifaqı üçün bölgədəki sabitlik, vətəndaşların rifahı və münaqişələrin həlli prioritet vəzifələrdir:

"Münaqişələrin həllinin yeganə yolu dinc dialoq yoludur. Bolqarıstan və bütövlükdə Avropa İttifaqı üçün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prioritet məsələdir. Bildirmək istəyirəm ki, Avropa İttifaqının Cənubi Qafqaza xüsusi yanaşması var”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bolqarıstan   XİN   Nazir  





Xəbər lenti