Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı

Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı
  28 Oktyabr 2019    Oxunub:2465
Batumidə şahmat üzrə komandalararası Avropa çempionatının beşinci turunda komandalarımızın rəqibləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, kişilərdən ibarət komandamız Xorvatiya, qadın yığmamız isə İtaliya şahmatçıları ilə üz-üzə gələcəklər.

Bugünkü oyunlarda Şəhriyar Məmmədyarov iştirak etməyəcək. Onu komandanın kapitanı Eltac Səfərli əvəz edəcək. E.Səfərlinin rəqibi Ante Brkic olacaq. Rauf Məmmədov Marin Bosiocic, Qədir Hüseynov Hrvoje Stevic ilə mübarizə aparacaqlar.

Qadın şahmatçılarımız Günay Məmmədzadə Marina Brunello, Xanım Balacayeva Olga Zimina, Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanu ilə üz-üzə gələcəklər.

Azvision.az



Teqlər: Şahmat   Avropa-Çempionatı  





Xəbər lenti