Dörd güləşçimizin dünya çempionatında rəqibi müəyyənləşib
Oktyabrın 27-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma komandamızın üzvlərinin rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) kubalı Reyneri Andreu Orteqa, Turan Bayramov (65 kq) Kanada güləşçisi Kristofer Morqan Misaak, Davud İbrahimov (70 kq) isveçrəli Mark Dietşe, Abubakr Abakarov (79 kq) isə Qırğızıstan təmsilçisi Atay İzabekov ilə qarşılaşacaq.
Azvision.az
Teqlər: Güləş