Türkiyə PA rəsmisi: “Tarixi diplomatik uğur əldə edilib”

  25 Oktyabr 2019    Oxunub : 1407
Türkiyə PA rəsmisi: “Tarixi diplomatik uğur əldə edilib”
“Terrorla mübarizəmiz dost və müttəfiq ölkələrin əməkdaşlığı ilə davam etdirilərək başa çatdırılacaq. Separatçı terror təşkilatının "dövlətcik layihəsi" tarix olub”.
Azvision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Rusiya ilə əldə olunan razılığa münasibət bildirərkən deyib: “Prezident Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi sayəsində tarixi diplomatik uğur əldə edilib”.

Altun ABŞ və Rusiya arasındakı anlaşma və terrorla mübarizə məsələlərindən də söz açıb: “Türkiyənin ABŞ və Rusiya ilə əldə etdiyi son razılıqlar Suriyanın sülh və sabitliyi üçün birmənalı olaraq müsbət nəticələrə malikdir. Türkiyə terrorizm və ekstremizmə qarşı əhəmiyyətli bir NATO üzvü və sipərdir. Suriya məsələsindəki mövqeyimizi bölüşən bütün ortaqlarla birlikdə çalışacağıq. Bu tətbiq açar rolunu oynayır.

Dostlarımız və müttəfiqlərimizlə razılıq şərtlərinin meydanda əks olunmasını təmin etmək üçün çalışacağıq. Türkiyə terrorun bütün növ və təzahürləri ilə mübarizə məsələsində qətiyyətini davam etdirir. PKK/YPG terrorçularının Suriyanın şimalında xaosu qızışdırmaq üçün sərbəst buraxdığı İŞİD terrorçularını suriyalı tərəfdaşlarımızla birlikdə həbs etməyə davam edəcəyik”.

Azvision.az

Teqlər: Türkiyə   Suriya