Ermənistanda hakimlər müstəqil deyil - Vəkil

Ermənistanda hakimlər müstəqil deyil  -  Vəkil
  24 Oktyabr 2019    Oxunub:5811
"Arsen Babayanın işi üzrə məhkəmə prosesi siyasi sifarişdir və hakimlərin müstəqil olmadığını göstərdi"
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin aparat rəhbərinin keçmiş müavini Arsen Babayanın vəkili Lusin Saakyan deyib.

O bildirib ki, məhkəməyə girovla bağlı müraciəti təqdim edilib: “Həbs qətimkan tədbirinin seçilməsi tamamilə əsassızdır, məhkəmə əsaslı şübhə olmadığını müəyyən etməli idi, amma bu barədə danışmaq belə istəmədilər".

Vəkil qeyd edib ki, bu, siyasi məhkəmə prosesidir.

“Bu proseslərdə hakimlər təbii ki, müstəqil ola bilməzlər. Düşünmürəm ki, belə qərar verən müstəqil hərəkət edə bilən hakimdir”, - vəkil vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Xüsusi istintaq xidməti hakimiyyətin bir qrup şəxs tərəfidən qəsb edilməsinə cəhdlə bağlı cinayət işi açıb. Babayanın da adı bu işdə keçir. Erməni mediası isə bunun Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana təzyiq olduğunu yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Vəkil  





Xəbər lenti