Maduro Bakıya səfərə yola düşüb

 Maduro Bakıya səfərə yola düşüb
  24 Oktyabr 2019    Oxunub:2907
Venesuela prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Azvision.az -ın məlumatına görə, Venesuela lideri səfərdən əvvəl jurnalistlərə açıqlama verib.
"Mən Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün bu ölkəyə yola düşürəm. Venesuela üç il müddətində sədrliyi dövründə öz öhdəliklərini yerinə yetirib”, - deyə o, bildirib.

Maduro, həmçinin Bakıda ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi müddətində əldə edilmiş nailiyyətləri təqdim edəcəyini vurğulayıb.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti sammiti keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Venesuela   Bakı   Maduro   Sammit  





Xəbər lenti