39 miqrantın ölümü Baş naziri şoka salıb
"Essexdə baş verən bu faciəli hadisədən şoka düşmüşəm. Hadisənin dəqiq səbəbini öyrənmək üçün Daxili İşlər Nazirliyindən mütəmadi olaraq məlumat alıram. Həmçinin, Essex polisi ilə sıx əlaqə saxlayıram. Bütün ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Xatırladaq ki, Britaniyanın Essex qəsəbəsində Bolqarıstandan gəldiyi iddia edilən yük maşınının içərisində 39 nəfərin meyiti tapılıb. Hadisə ilə əlaqədar Şimali İrlandiyanın 25 yaşlı sakini saxlanılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Boris-Conson Britaniya