Pompeo və Çavuşoğlu arasında telefon danışığı olub

  23 Oktyabr 2019    Oxunub : 1422
Pompeo və Çavuşoğlu arasında telefon danışığı olub
ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Pompeo Suriyanın şimalındakı “Barış pınarı” əməliyyatı zonasından YPG terrorçularının çəkildiyini təsdiqləyib.

"Xarici işlər naziri Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb. Pompeo ABŞ hərbi rəhbərliyinin YPG terrorçularının "Barış pınarı” zonasından çıxarılması ilə əlaqədar bizim hərbi qurum rəhbərliyinə yazılı məlumat göndərdiyini təsdiqləyib”, - deyə Türkiyə XİN-dəki mənbə bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Pompeo   Çavuşoğlu   Türkiyə   ABŞ   Suriya