Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaq

 Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaq
  23 Oktyabr 2019    Oxunub:1681
Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, sabahdan etibarən 150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcəklər və bundan sonra Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidmətinə başlayacaqlar.

Qeyd edilib ki, birgə patrul xidməti Türkiyə sərhədindən Suriya ərazisinin 10 kilometr dərinliyinədək olan hissəsini əhatə edəcək.

Azvision.az



Teqlər: Ərdoğan   Suriya   Putin  





Xəbər lenti