AFFA iki futbolçuya 4 oyunluq cəza verdi

AFFA iki futbolçuya 4 oyunluq cəza verdi
  22 Oktyabr 2019    Oxunub:1620
AFFA İntizam Komitəsi U-17 liqasında keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Azvision.az -ın məlumatına görə, meydan sahiblərindən Xanoğlan İsmayılov, Gəncə təmsilçisindən isə Cavid Qurbanov 90+4-cü dəqiqədə aqressiv davranışları səbəbindən birbaşa qırmızı vərəqə alıb. Qurum hər iki oyunçuya 4 oyunluq cəza verib.

“Xəzər Lənkəran” azarkeşləri meydana daxil olduqlarına görə kluba 1 ev oyununu azarkeşsiz keçirilməsi qadağası qoyulub.

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə bitib.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti