Ermənistanda sabiq nazir həbs edilib

  22 Oktyabr 2019    Oxunub : 2246
Ermənistanda sabiq nazir həbs edilib
Ermənistanın sabiq nəqliyyat və rabitə naziri Qurqen Sarkisyan həbs olunub.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, Sarkisyan Şimal-Cənub Nəqliyyat Dəhlizi proqramının hazırlanması və həyata keçirilməsində sui-istifadə hallarına yol verilməsinə dair Ermənistan İstintaq Komitəsinin müvafiq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində həbs edilib.

Qeyd edək ki, daha əvvəl məhkəmə girov müqabilində Qurqen Sarkisyana qarşı həbs qətimkan tədbiri seçiməkdən imtina etmiş və və onu sərbəst buraxmışdı.

Bu gün isə Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək Sarkisyan barəsində həbs qərarı çıxarb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: QurqenSarkisyan