Meksikadan Azərbaycana ixracat 35.74% artıb

  22 Oktyabr 2019    Oxunub : 968
Meksikadan Azərbaycana ixracat 35.74% artıb
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşüb.
Meksikanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər görüşdə gömrük sektorunda hüquqi bazanın möhkəmlənməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Komitə sədri ikitərəfli ticarətin inkişafına təkan vermək üçün gömrük sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Səfir Labardini son illərdəki ikitərəfli münasibətlərin inkişafını vurğulayıb. Diplomatın sözlərinə görə, yalnız 2018-ci ildə Meksikadan Azərbaycana ixracat 35.74%, Azərbaycandan Meksikaya isə 12.44% artıb.

Əlavə edib ki, bu il ticarətin 36 milyon dolları keçəcəyi gözlənilir ki, bu da ikitərəfli ticarət əlaqələrin tarixində rekord rəqəm olacaq.

Tərəflər çoxsaylı sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün hər iki ölkənin səylərini vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Meksika   İxracat