Ərdoğan: “Makron terrorçularla müzakirələr aparır”

  Ərdoğan:  “Makron terrorçularla müzakirələr aparır”
  22 Oktyabr 2019    Oxunub:1635
"ABŞ ölkəmizə verdiyi sözə əməl etməsə, “Barış Pınarı” hərəkatı qaldığı yerdən davam edəcək".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib. O, Fransa Prezidenti Emmanuel Makronun Suriyanın şimalında əldə edilmiş 120 saatlıq atəşkəsin uzadılması ilə bağlı təklifinə də münasibətini açıqlayıb.

Ərdoğan deyib ki, Fransa liderindən atəşkəsin uzadılması ilə bağlı ona hər hansı təklif gəlməyib: “Makron belə məsələləri terrorçularla müzakirə edir. Biz bu müddət ərzində ancaq ABŞ-la danışıqlar aparmışıq”.

O, əlavə edib ki, Türkiyə və Rusiya hər cür terrorla mübarizədə həmfikirdirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti