Venesuela XİN: Sədrlik Azərbaycana təhvil veriləcək

  22 Oktyabr 2019    Oxunub : 1365
Venesuela XİN: Sədrlik Azərbaycana təhvil veriləcək
Venesuela dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII sammiti zamanı Qoşulmama Hərəkatında (NAM) sədrliyi Azərbaycana təhvil verəcək.

Azvision.az "Prensa Latina" nəşrinə istinadən xəbər verir ki, bu barədə Venesuela XİN-dən bildirilib.
Məlumatda qeyd olunur ki, Venesuela sədrliyi dövründə (2016-2019) Bandunqda qəbul edilmiş 10 prinsipə uyğun olaraq hərəkatın canlandırılmasına, üzv ölkələr arasında birliyin möhkəmlənməsinə, eyni zamanda konsensus və qarşılıqlı hörmət yolu ilə qərarların qəbul edilməsinə öz töhfəsini verib.

XİN-in açıqlamasında, həmçinin deyilir ki, NAM üzv dövlətlərin birgə hərəkət etmələri üçün ortaq platformaya çevrilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Venesuela   XİN