“35 saatımız qaldı...” - Çavuşoğludan Suriya açıqlaması

  21 Oktyabr 2019    Oxunub : 1257
 “35 saatımız qaldı...” - Çavuşoğludan Suriya açıqlaması
“35 saatımız qaldı. Əgər terroçular 35 saat ərzində geri çəkilməsələr, hərbi əməliyyat yenidən başlayacaq”.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, terrorçular atəş açmaqda davam edirlər və onların cavabı verilir.
"Terroçular orada bir dövlət yaratmağa çalışırdılar, amma biz bu oyunu pozduq", - deyə XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, ötən həftə ABŞ və Türkiyə Suriyanın şimalındakı vəziyyətlə bağlı razılığa gəliblər. Belə ki, razılaşmaya əsasən Türkiyə tərəfi hərbi əməliyyatları 120 saatlıq dayandırıb. Bunun müqabilində terrorçular bölgədən geri çəkilməlidirlər.

P.Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Suriya   Çavuşoğlu