Kataloniyada etirazlar zamanı 60 jurnalist xəsarət alıb

  20 Oktyabr 2019    Oxunub : 1153
 Kataloniyada etirazlar zamanı 60 jurnalist xəsarət alıb
Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 60-a yaxın jurnalist zərər çəkib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün baş tutan aksiya nəticəsində azı 20 KİV nümayəndəsi xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb.

Aksiyalar iğtişaşlarla müşayiət olunub, etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb. İndiyədək bir neçə yüz nəfər yaralanıb, onlarla nümayişçi saxlanılıb.

Azvision.az

Teqlər: Kataloniya   Etiraz   Aksiya