"Keşlə" - "Sabah" oyununda qalmaqal

"Keşlə" - "Sabah" oyununda qalmaqal
  20 Oktyabr 2019    Oxunub:2480
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Keşlə" və "Sabah" komandaları arasında baş tutan görüşdən sonra qalmaqal baş verib.
Azvision.az xəbər verir ki, qonaq komandanın futbolçusu Təmkin Xəlilzadə matç bitən kimi görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum çəkib. Bu zaman millimizin üzvünü polislər meydandan çıxarıb. Etdiyi hərəkətə görə baş hakim Təmkin Xəlilzadəni qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqədə "Sabah"ın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Azvision.az


Teqlər: Sabah   Keşlə   Futbol   Qalmaqal  





Xəbər lenti