Meksika səfiri Fuad Muradovla görüşüb
Bu kontekstdə hüquqi bazanın möhkəmlənməsi zəruriliyi vurğulayıb, eyni zamanda, hər iki qurum tərəfindən nəzərdə tutulan bəzi gələcək tədbirlər və mümkün əməkdaşlığa toxunulub.
Tərəflər hüquqi bazanın gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu sahədə əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanmasına yönəlmiş işlərdən bəhs edilib. Eyni zamanda hər iki qurum tərəfindən planlaşdırılan bəzi gələcək tədbirlər barədə söz açılıb.
Səfir Labardini müxtəlif sahələrdə ticarət, turizm, mədəniyyət və s. əlaqələrin dinamikasına diqqət çəkib. Qeyd edib ki, son iki ildə ticarət artaraq, 2019-cu ilin ilk yarısında 36 milyon dollardan çox olub. Diplomatın sözlərinə görə, iki ölkə arasında artan maraq xalqlarımızın yaxınlaşma üçün güclü bir əsasdır.
Azvision.az
Teqlər: Diaspora