Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat

  18 Oktyabr 2019    Oxunub : 682
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatlar davam etdirilir.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti əməliyyat paytaxt Ankarada həyata keçirilib. Belə ki, FETÖ qruplaşması ilə əlaqədə şübhəli bilinən 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Fətullah Gülən tərəfdarlarının "ByLock" şifrəli messencerindən istifadə edən 20 nəfərin isə həbsinə qərar verilib.

Azvision.az

Teqlər: Türkiyə   FETÖ