BMT-nin Baş katibi Suriya anlaşmasını alqışladı

  18 Oktyabr 2019    Oxunub : 859
 BMT-nin Baş katibi Suriya anlaşmasını alqışladı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyə və ABŞ arasında Suriyanın şimal-şərqində əldə edilən razılaşmanı alqışlayıb.
Azvision.az xəbər verir ki, Baş katib gərginliyi azaltmaq və mülki insanları qorumağa yönəlmiş istənilən səyi dəstəklədiyini bəyan edib.

"Gərginliyi azaltmaq və mülki insanları qorumaq üçün BMT Nizamnaməsi və beynəlxalq humanitar qanun çərçivəsində bütün səyləri alqışlayırıq", - deyə Quterreş qeyd edib.

O, həmçinin, Suriyadakı böhranın effektli həlli üçün hələ uzun zaman tələb olunduğu vurğulayıb.

P.Sultanova
Azvision.az

Teqlər: BMT   Türkiyə   Suriya