“Moskva Qarabağ münaqişəsində yekun həllə nail olmaq istəyir” - Zaxarova

  17 Oktyabr 2019    Oxunub : 1583
“Moskva Qarabağ münaqişəsində yekun həllə nail olmaq istəyir” - Zaxarova
Rusiyanın vasitəçi kimi vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prosesi maksimum dərəcədə sürətləndirməklə yekun həllə nail olmaqdır.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif emosional bəyanatlar verilir:
“Biz masada olan danışıqların gündəliyindən çıxş edirik. Biz tərəflərlə Minsk qrupunun həmsədrləri arasında razılaşdırılmış sənədlərlə işləyirik. Vəzifəmiz vasitəçi kimi sürəti maksimum dərəcədə artırmaq və bu məsələnin həllinə nail olmaqdır. Biz həmişə tərəfləri konstruktiv yanaşmaya çağırırıq”.

Zaxarova əlavə edib ki, biz maksimum dərəcədə konstruktiv şəkildə bu məsələ ilə məşğul oluruq: "Bər kəsi bu istiqamətdə konstruktiv işə, addımlara çağırırıq. Razılaşdırılmış formulalar, irəli getmək üçün razılaşdırılmış bir gündəm var".

P.Sultanova
Azvision.az

Teqlər: Rusiya   Zaxarova   Qarabağ