Məmmədyarov erməni nazirlə Slovakiyada görüşə bilər

Məmmədyarov erməni nazirlə Slovakiyada görüşə bilər
  16 Oktyabr 2019    Oxunub:2962
Azərbaycan və Ermənistan xarici işlər naziriləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın növbəti görüşü bu ilin dekabr ayında Slovakiyada keçirilə bilər.

Azvision.az xəbər verir ki, bu barədə Qarabağda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov erməni jurnalistlərə açıqlamasında deyib.
"İki ölkənin xarici işlər nazirlərinin razılığı ilə görüş Bratislavada, ATƏT ölkələrinin xarici işlər nazirlərinin sammiti çərçivəsində baş tuta bilər”, - deyə Popov vurğulayıb.

Qeyd edək ki, ötən gündən həmsədrlərin regiona səfəri başlayıb. Onlar əvvəlcə İrəvanda danışıqlar aparıb, daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər ediblər. Vasitəçilərin Azərbaycana da səfəri planlaşdırılır.

P.Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti