Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələlər açıqlandı

 Ərdoğanın Putinlə müzakirə edəcəyi məsələlər açıqlandı
  16 Oktyabr 2019    Oxunub:1516
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı Suriya böhranının siyasi həlli və konstitusiya komitəsinin ilk iclası əsas müzakirə mövzusu olacaq.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Əlbəttə, ilk növbədə Suriyadakı vəziyyət, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək vəzifələri, terror şəbəkələrinin qalıqlarına qarşı barışmaz mübarizə diqqətdə olacaq. Və paralel olaraq siyasi prosesin irəliləməsi, konstitusiya komitəsinin ilk iclasının keçirilməsi müzakirə ediləcək", - deyə Lavrov bildirib.

Xatırladaq ki, bu gecə Rusiya və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Putin Ərdoğanı Rusiyaya səfərə dəvət edib.

P.Sultanova
Azvision.az


Teqlər: Rusiya   Türkiyə  





Xəbər lenti