Azərbaycanlı iş adamı yol qəzasında öldü

   Azərbaycanlı iş adamı yol qəzasında öldü
  16 Oktyabr 2019    Oxunub:4363
Rusiyada azərbaycanlı iş adamı Əlişah Süleymanov yol qəzasında həlak olub.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Ruslada” şirniyyat məhsulları fabrikinin sahibi Ə.Süleymanov oktyabrın 15-də Çelyabinsk vilayətində ağır yol qəzasına düşüb.
Məlumata görə, sürücünün idarə etməni itirməsi nəticəsində “Toyota Land Cruiser” markalı avtomobil xəndəyə düşüb. Qəza zamanı ağır xəsarətlər alan biznesmen hadisə yerində ölüb. Onun nəşinin Azərbaycana gətiriləcəyi bildirilir.

Azvision.az



Teqlər: Qəza   İş-adamı  





Xəbər lenti