İrəvanda ata 15 yaşlı oğlunu bıçaqlayıb

İrəvanda ata 15 yaşlı oğlunu bıçaqlayıb
  16 Oktyabr 2019    Oxunub:1841
Ermənistanda ata 15 yaşlı oğlunu bıçaqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə paytaxt İrəvanda baş verib. Sinəsindən bıçaq yarası alan yeniyetmə tibb mərkəzinə yerləşdirilib.

Oğlan atası tərəfindən bıçaqlandığını gizlətməyə çalışıb və bu məqsədlə yıxıldığını deyib. Lakin ilkin araşdırma başqa məqamları ortaya çıxarıb. Məlum olub ki, yeniyetmə atası ilə mübahisə edib və mübahisə bıçaqlanma ilə nəticələnib.

Cinayəti törədən şəxs polis bölməsinə aparılıb, faktla bağlı araşdırma gedir.

P.Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti