Suriya erməniləri Ermənistana köçməkdən imtina etdilər

 Suriya erməniləri Ermənistana köçməkdən imtina etdilər
  16 Oktyabr 2019    Oxunub:2943
Suriya erməniləri Ermənistanda məskunlaşmaqdan imtina ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri Suriyadakı mənbələrə istinadla yazıb.

Məlumata görə, hazırda Hələbə köçməkdən imtina edən 3800-4000-ə yaxın erməni kürdlərin nəzarəti altında olan Qamışlı şəhərində yaşamaqda davam edir.

“Onlara Ermənistanda məskunlaşma təklif edilib. Lakin Ermənistandakı yaşayış şəraitinin yaxşı olmadığını bildiklərini deyərək, bu təklifi rədd ediblər”, - deyə "Jamanak" yazıb.

P.Sultanova
Azvision.az


Teqlər: Suriya   Erməni   Ermənistan  





Xəbər lenti