Kanada Türkiyəyə silah satışını dayandırır

   Kanada Türkiyəyə silah satışını dayandırır
  16 Oktyabr 2019    Oxunub:2041
Kanada Türkiyəyə silah satışının dayandırılması barədə qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, silah tədarükünün dayandırılması Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədardır. Belə ki, Kanada hökuməti Türkiyə ordusunun başlatdığı antiterror əməliyyatını dəstəkləmədiyini bəyan edib.
Qeyd edək ki, bundan öncə Çexiya, Fransa, Almaniya, Norveç, Finlandiya və Niderland Türkiyəyə silah satışını dayandıracağını açıqlayıb.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   Kanada  





Xəbər lenti