Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı

   Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı
  15 Oktyabr 2019    Oxunub:2150
Çexiya hökuməti Türkiyə ilə bağlı gözlənilməz qərar qəbul edib.
Azvision.az -ın məlumatına görə, Çexiyanın Xarici İşlər Nazirliyi Türkiyəyə silah satışının dayandırıldığını bəyan edib.

Rəsmi məlumatda bildirilib ki, belə bir addımın atılması Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədardır.

Qeyd edək ki, bundan öncə Fransa, Almaniya, Norveç, Finlandiya və Niderland Türkiyəyə silah satışını dayandırıb.

Azvision.az



Teqlər: Türkiyə   Silah  





Xəbər lenti