“Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur” - Səfir
Səfir Xəzər İbrahim Türk Şurasının bu gün və sabah keçiriləcək zirvə görüşündə dövlət başçıları arasında ikitərəfli görüşlərin keçiriləcəyini və müxtəlif müqavilələrin imzalanacağını söyləyib.
"Bir millət iki dövlət" yalnız ifadə deyil, bu, hər sahədə özünü göstərir".
Türkiyədə iki ildir səfir vəzifəsində çalışdığını deyən X.İbrahim, ötən müddətdə prezidentlərinin 9 dəfə görüşdüyünü vurğulayıb: "Türkiyə və Azərbaycan arasında heç bir problem yoxdur. Ola da bilməz. Hər sahədə yaxşı əlaqələrimiz mövcuddur".
P.Sultanova
Azvision.az
Teqlər: Xəzər-İbrahim Səfir