Ərdoğan Bakıya səfərə yola düşüb

 Ərdoğan Bakıya səfərə yola düşüb
  14 Oktyabr 2019    Oxunub:3005
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə yola düşüb.
Azvision.az -ın məlumatına görə, Türkiyə lideri jurnalistlərə bildirib ki, Bakı səfəri sabah axşam saatlarında başa çatacaq.

Qeyd edək ki, Ərdoğan Bakıda Türk Şurası ölkələrinin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

P.Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan   Prezident  





Xəbər lenti