Cüdoçumuz Tallində bürünc medal qazanıb

Cüdoçumuz Tallində bürünc medal qazanıb
  14 Oktyabr 2019    Oxunub:1889
Estoniyanın paytaxtı Tallində cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib.
Azvision.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti