“Futbolçularımın əziyyəti yerə vuruldu” - Yurçeviç
Baş məşqçisinin sözlərinə görə, oyunun gedişatı barədə deyiləsi bir şey yoxdur. Bunun bir çox səbəbləri var:
"Ola bilər Azərbaycan kiçik futbol ölkəsidir, futbolda söz sahibi deyil. Əziyyətin belə ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".
Yunçeviç qeyd edib ki, Bəhlul Mustafazadə cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb.
"O, Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan özü üçün müsbət nəticə çıxaracaq".
Qeyd edək ki, bu gün Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına 1:0 hesabı ilə məğlub olub.
Azvision.az
Teqlər: Yurçeviç